Ermənistan Baş naziri Nikol Paşinyan dekabrın 25-26-da Sankt-Peterburqda keçiriləcək Avrasiya İqtisadi Birliyi İqtisadi Şurasının və MDB Rəhbərləri Şurasının iclasında iştirak edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bundan əvvəl Ermənistan rəhbərinin sözügedən toplantılara qatılacağını açıqlamışdı.