22 Dekabr 2023 20:38
2 454
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanda Baş nazir Nikol Paşinyana alternativ ola biləcək siyasətçi parlamentin hazırkı sədri Alen Simonyandır”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Ermənistanın ictimai-siyasi həyatındakı son gəlişmələrə diqqət çəkib:

“Kreml Nikol Paşinyanı devirə bilmədiyi kimi onun yerinə namizəd də tapa bilmir. Robert Köçəryan və Serj Sərkisyan artıq bu rola yaramır, ermənilər arasında nüfuzları qalmayıb, o biri müxalifət təmsilçilərin də cəmiyyətdə dəstəyi yoxdur.

ABŞ və Avropa İttifaqı Paşinyanın simasında tərəfdaş qazansa da, Vaşinqton və Brüssel də Ermənistanda vəziyyətin gərginləşəcəyi halında alternativ barədə düşünmək məcburiyyətindədir. Yəni Vaşinqton və Brüssel Paşinyanın bu və ya digər səbəbdən hakimiyyətdən uzaqlaşacağı və ya uzaqlaşdırılacağı halda onu əvəz tapmalıdır. O, elə bir siyasətçi olmalıdır ki, Paşinyan kimi Qərblə tərəfdaşlığı davam etdirsin və Rusiyadan məsafə saxlasın.

Fikrimcə, Paşinyana gələcəkdə alternativ ola biləcək siyasətçi parlamentin hazırkı sədri Alen Simonyandır. O, həm Qərblə sıx tərəfdaşlığı dəstəkləyir, həm də Rusiyanın qatı tənqidçisidir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər