Ermənistan Daxili İşlər Nazirliyinin rəhbəri Vahe Qazaryan 44 günlük müharibədən sonra itən pulemyotlarla bağlı açıqlama verib.
Teleqraf.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, yanvarın 15-də keçirilən mətbuat konfransında nazir deyib ki, 2020-ci ilin 44 günlük müharibəsindən sonra 17 minə yaxın pulemyot yoxa çıxıb.
Nazir pulemyotların nə vaxt və harada itdiyini, hansı şəraitdə Dağlıq Qarabağda və ya Ermənistan ərazisində yoxa çıxdığını, itkin silahların hansı qurumun balansında olduğunu deməyib.