Ermənistanın yeni sistem və konstitusiyaya ehtiyacı var.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib
“Bu fikri ona görə bildirirəm ki, daha geniş müzakirə mövzusuna çevrilsin. Ermənistana konstitusiya dəyişikliyi yox, yeni konstitusiya lazımdır. Dünya, Cənubi Qafqaz, eləcə də Ermənistan istər-istəməz dəyişəcək. Bu dəyişikliyə müxtəlif yollarla yanaşmaq olar. Münasibətimizin ona necə olmasından asılı olmayaraq, təkamül baş verir. Ona görə də mövqe və yanaşmamız bu təkamülü dayandırmaqdan ibarət olmamalıdır. Bu, özlüyündə məntiqsizdir, çünki təkamülü dayandırmaqla biz deqradasiyaya gedəcəyik. Ermənistanı dövlət maraqlarına uyğun idarə edəcəyik", - baş nazir bildirib.