12 Fevral 12:19
940
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Ermənistan hökumətinin təklif etdiyi (nəqliyyat dəhlizləri ilə bağlı) “Sülh qovşağı” layihəsinin reallaşmasını dəstəkləyir.

Teleqraf.com xəbər verir ki, bu barədə İranın Ermənistandakı səfirliyindən bildirilib.

“İran “Sülh qovşağı” konsepsiyasının həyata keçirilməsini dəstəkləyir, çünki biz region daxilində əlaqələrin genişləndirilməsinə tərəfdarıq. Ölkələrin suverenlik hüququnu marşrutların blokadadan çıxarılması ilə bağlı istənilən layihə üçün əsas şərt hesab edirik. Ermənistanın regionun dinamik iqtisadi əlaqələri sistemində rol oynamaq imkanının yaradılmasına töhfə verən layihəni alqışlayırıq”, - səfirlik qeyd edib.

İran hesab edir ki, Ermənistanın Şimal-Cənub nəqliyyat dəhlindəki (Hindistan-İran-Ermənistan-Gürcüstan) rolunun gücləndirilməsi böyük əhəmiyyət kəsb edir.

Səfirlik Tehranın bu yöndə İrəvanla işləməyə hazır olduğunu vurğulayıb:

“Baxışımız ondan ibarətdir ki, bu tarixi yol maksimum güclənməlidir. İran Ermənistanın Şimal-Cənub yolunun strateji çəkisini gücləndirə biləcək istənilən layihə və təşəbbüsü alqışlayır”.

İran səfirliyi İrəvanın layihəsini “regionun inkişafı üçün yeni imkan, region əhalisi üçün sülh, təhlükəsizlik və firavanlığın təminatı” adlandırıb.

İran Ermənistandan fərqli olaraq, Azərbaycanın nəqliyyat dəhlizləri ilə bağlı yanaşmasına qarşı çıxır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər