15 Fevral 11:20
928
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan hökumətini köklü şəkildə dəyişdirməyə çalışır.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Joqovurd” qəzeti məlumat yayıb.

“Paşinyan hökumət kabinetinə yeni üzvlərin axtarışını davam etdirir. Paşinyan əksəriyyətini işdən çıxarmaqla hakimiyyət daxilində inqilab etmək niyyətindədir. Mənbələrimizə görə, hazırda yeganə toxunulmaz şəxs xarici işlər naziri Ararat Mirzoyandır, görünür, onun işindən həm baş nazir, həm hökumət, həm də hakim partiyanın elitası razıdır. Mənbələrimiz Paşinyanın bu məsələdə də fikrini dəyişəcəyini istisna etmir”, - məlumatda deyilir.

Nəşr qeyd edir ki, Paşinyan bütün komitələr, hökumət və özünə tabe olan qurumların rəhbərlərindən narazıdır, buna görə də onları əvəzləyəcək şəxslər axtarır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər