19 Fevral 19:46
736
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni Qızıl Xaç Cəmiyyətinin (QXC) ofisindən 145 min dollardan çox pul itib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Sputnik-Armenia” məlumat yayıb.

Qeyd edilib ki, Ermənistan QXC-nin vəkili Levon Baqdasaryan hüquq-mühafizə orqanlarına 60 milyon dramdan (145 min dollar) çox pul itkisi, çatışmayan sənədlər, habelə təşkilatın avtomobilindən qanunsuz istifadə barədə məlumat verib.

Vəkil bildirib ki, onlar cinayətlə bağlı hüquq-mühafizə orqanlarına 10-dan çox məlumat təqdim ediblər, lakin hələlik heç bir cavab verilməyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər