27 Fevral 22:57
2 126
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya lideri Vladimir Putin martda keçiriləcək seçkilərdən sonra onun “qırmızı xətlər”ini keçməyə çalışan Ermənistanla ciddi məşğul olacaq.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

“İrəvan Ermənistan ordusunun arsenalında olan Rusiya texnikaları və artilleriya vasitələrini Ukraynaya göndərəcək. Fransa və Hindistanın silah tədarükü fonunda Ermənistanın Rusiya silahlarından imtina etməsi planlaşdırılır. Qərblə siyasi əlaqələrini inkişaf etdirən İrəvan bununla Rusiyaya qarşı yeni siyasi cəbhə açır”, - ekspert bildirib.

Məhəmməd Əsədullazadə Ukrayna Prezidenti Vladimir Zelenskinin Ermənistana mümkün səfərinə də diqqət çəkib:

“Hesab edirəm ki, Zelenski İrəvana gəlsə, Nikol Paşinyandan Rusiya istehsalı silahları istəyəcək. Ukrayna liderinin Ermənistandan əliboş qayıdacağını düşünmürəm. Qərb də Ermənistanın Rusiya silahlarını Ukraynaya verməsində maraqlıdır. Ötən həftə Parisə çağırılan Paşinyanın bununla bağlı Makrondan təlimat aldığı istisna deyil.

Ermənistan Rusiyanın ona pulsuz və dəstək üçün verdiyi silahları Ukraynaya ötürsə, bu, Moskvanın “qırmızı xətt”inin keçilməsi demək olacaq. Bu isə İrəvana baha başa gələ bilər. Qənaətimə görə, Vladimir Putin martda keçiriləcək seçkilərdən sonra Ermənistanla ciddi məşğul olacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər