ABŞ-dən bir qrup mobil təlimatçı Ermənistana gəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Aprelin 1-5-də Müdafiə Nazirliyində bu qurumun İnformasiya və İctimaiyyətlə Əlaqələr İdarəsi və “Zinuz Media” dövlət qurumunun əməkdaşları ilə amerikalı təlimatçılar təcrübə mübadiləsi aparacaqlar.
Mübadilənin ictimaiyyətlə əlaqələr və kommunikasiya sahələrində olacağı iddia edilir. Həmçinin amerikalılar bu sahələrdə erməni həmkarlarına təlim keçəcəklər.
Proqramın aşılışında Ermənistan Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-leytenant Edvard Asryan çıxış edib.