Ermənistan Rusiyaya qarşı sanksiyaların saxlanılmasında "müsbət səylər" göstərir.
Teleqraf.com xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Brüsseldə Avropa Birliyi-ABŞ-Ermənistan üçtərəfli görüşü ilə bağlı mətbuat konfransında bildirib.
“Ermənistanın Rusiyaya qarşı sanksiyaların saxlanması üzrə səylərinizi yüksək qiymətləndiririk. Bu, xüsusilə, öldürücü silahların Rusiyanın əlinə keçməməsini təmin edəcək”, - komissiya rəhbəri deyib.
Ermənistanın adı ötən il ABŞ Dövlət Departamenti və Avropa Birliyi qurumlarının rəsmi bəyanatlarında Rusiyaya sanksiyalardan yayınmağa kömək edən dövlətlər arasında çəkilib. Hətta buna görə bəzi Ermənistan şirkətlərinə sanksiyalar da tətbiq edilib. Belə bir fonda Ermənistanın Rusiyaya qarşı sanksiyaların saxlanılmasındakı “müsbət rol”undan danışmaq siyasi riyakarlıq, saxtakarlıq və qərəzin göstəricisidir.