8 Aprel 16:08
562
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyi (AB) və ABŞ-nin Brüsseldə Ermənistana vəd etdiyi maddi vəsaitələr iqtisadi problemləri həll etmək üçün çox azdır.

Teleqraf.com xəbər verir ki, bunu erməni deputat Artur Xaçaturyan deyib.

“Ermənistan hökuməti ilin əvvəlindən xarici borcu bundan iki dəfə çox artırıb. Nəticə və gözləntimiz üst-üstə düşmədi. Xatırladım ki, 2021-ci ilin iyulunda Avropa Birliyi 2.6 milyard avro vəd etmişdi. 1990-cı illərdən bəri ABŞ-nin dəstəyi 100 milyon dollar civarındadır, çox deyil. İndi verilən vədlə 200 milyondan çox olur. Ona görə də düşünürəm ki, Brüsseldə nəsə yanlış olub. Hesab edirəm ki, Ermənistan qarşısında daha ağır şərtlər qoyulub. Ermənistan da vəziyyəti dəyərləndirərək bunun altından çıxa bilməyəcəyini anlayıb”, - deputat bildirb.


Müəllif: Mənsur Rəğbətoğlu