15 Aprel 15:39
2 617
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan “soyqırımı” (qondarma olayla bağlı – red.) sözünü işlətməkdən imtina etməyib.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının parlament fraksiyasının katibi Artur Ovannisyan deyib.

Jurnalistlər Paşinyanın son çıxışlarında heç vaxt “soyqırımı” ifadəsini işlətməməsinə diqqət çəkiblər. Media nümayəndələri Ovannisyandan bunun məqsədli şəkildə edilib-edilmədiyini soruşublar.

Hakim partiyanın deputatı jurnalistlərin sorğu-sual formasını bəyənməyib və əsəbi cavab verib.

“Hakim komandanın gündəmində belə bir məsələ yoxdur. Sualınızı anlamadım. Nə danışırsınız?”, – Ovannisyan bildirib.

Eyni zamanda, o, nə Ermənistan hökumətinin qondarma soyqırımı, nə də baş nazirin bu ifadədən imtina etdiyini vurğulayıb.

Ermənistan parlamentinin komitə sədri Andranik Köçəryan bundan əvvəl Paşinyanın qondarma soyqırımı ilə bağlı irəli sürülən rəqəmlərə inanmadığını açıqlayıb. Onun sözlərinə görə, baş nazir bu rəqəmin doğruluğunu isbat etmək istəyir. Köçəryanın açıqlaması Ermənistan geniş müzakirə mövzusuna çevrilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər