İlk kanadalı müşahidəçi Avropa Birliyinin (AB) Ermənistandakı mülki missiyasına qoşulub.
Teleqraf.com xəbər verir ki, bu barədə AB missiyası məlumat verib.
“İlk kanadalı mütəxəssis Aleksandr Qruşevskini AB-nin mülki müşahidə missiyasında salamlamağa şadıq. Kanada AB-nin Ermənistandakı missiyasını dəstəkləyir”, - açıqlamada deyilir.
Kanada missiyaya qoşulan ilk qeyri-Avropa ölkəsidir.
Missiya Ermənistan-Azərbaycan sərhədi boyunca yerləşib.