24 Aprel 16:30
1 149
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federal Şurasının sədri Valentina Matvienko deputatlara erməni həmkarı Alen Simonyanın anti-Rusiya bəyanatları ilə bağlı sorğu hazırlayaraq Ermənistan parlamentinə göndərilməsini tapşırıb.

Teleqraf.com xəbər verir ki, buna səbəb Simonyan Avropa Birliyi (AB) parlamentlərinin İspaniyada keçirilən konfransında Rusiyaya qarşı səsləndirdiyi fikirlər olub.

Konfransda çıxış edən Ermənistanın spikeri Rusiyanı bu sözlərlə hədəfə alıb:

“Konfransın diqqət mərkəzində Rusiyanın Ukraynaya müdaxiləsi və Yaxın Şərqdəki münaqişə olduğunu nəzərə alaraq, təsdiq etmək istəyirəm ki, Ermənistan qətiyyətlə Ukraynanı, eləcə də Moldova, Gürcüstan, Kipr ​​və bütün ölkələrin ərazi bütövlüyünü müdafiə edir”.

Matvienkodan Simonyana cavab gecikməyib:

“Mən həmkarım, Ermənistan parlamentinin sədrindən soruşmaq istəyirəm ki, kimin adından belə söhbətlər edib? Əlbəttə, Rusiyanın çoxəsrlik dostluğu olan erməni xalqı adından deyil. Bu cür rusofob nitqlərə göz yuma bilmərik. Ermənistan parlamentinə yazılı sorğu göndərirəm ki, kimin adından danışıb və Ermənistan parlamenti bu görüşdə ortaya qoyulan mövqeni bölüşürmü?.

Ümid edirəm ki, Ermənistan parlamenti spikerə bu cür sözlərlə Ermənistan adından çıxış etmək hüququnu kimdən aldığı sualını və buna uyğun öz qiymətini veriləcək.

Həmkarımızın artıq bütün qırmızı xətləri keçməsi utandırıcıdır”.

Alen Simonyanın çıxışını bu gün Federal Şuranın plenar iclasında qurumun beynəlxalq komitəsinin rəhbəri Qriqori Karasin qaldırıb. Onun fikrincə, erməni spikerin bəyanatı qeyri-dost tonda verilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər