18 May 12:42
3 490
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya sərhədçiləri Ermənistan ərazisindən tamamilə çıxarılmayacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Joqovurd” qəzeti məlumat yayıb.

Nəşr yazır ki, ruslar bəzi məntəqələrdən çıxsalar da, Ermənistanın Türkiyə və İranla sərhədlərdə öz funksiyalarını yerinə yetirməyə davam edəcəklər:

“Əldə edilən razılaşmaya əsasən, 44 günlük müharibə zamanı və ondan sonra Tavuş, Sünik, Vayots Zor, Qeqarkunik və Ararat vilayətlərində yerləşən Rusiya sərhədçiləri dislokasiya edildikləri məntəqələrdən çıxacaqlar. Rusiya sərhədçiləri bir neçə rayondan çıxarılsa da, Ermənistanın Türkiyə və İranla sərhədində (Mehri) qalacaqlar. Bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov da təsdiqləyib.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da, rus sərhədçilərinin tamamilə çıxarılmayacağını açıqlayıb. “Zvartnots” hava limanı, Sisyan və Gorus bazaları da daxil olmaqla, Rusiya sərhədçiləri yerləşdikləri 17 məntəqəni tərk edəcəklər.

Qriqoryan hazırda Rusiya hərbçilərinin İran və Türkiyə sərhədlərindən də çıxarılması məsələsinin müzakirə edilmədiyini vurğulayıb”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər