3 İyun 16:30
1 133
12 Punto 14 Punto 16 Punto 18 Punto

KTMT İrəvanın təşkilatla münasibətlərinin perspektivlərinə aydınlıq gətirəcəyini gözləyir.

Teleqraf.com xəbər verir ki, bunu KTMT baş katibi İmanqali Tasmaqambetov deyib.

“Respublikanın siyasi rəhbərliyindən KTMT ilə əlaqələrinin perspektivlərinə aydınlıq gətirəcəyini gözləyirik. Bu, ilk növbədə gələcək birgə fəaliyyətin tam planlaşdırılması baxımından ittifaqımızın bütün iştirakçıları üçün faydalı olardı”, - baş katib bildirib.

Tasmaqambetov qeyd edib ki, son bir ildə Ermənistan təşkilatın tədbirlərində iştirakını xeyli azaldıb: “Bununla belə, qarşılıqlı əlaqənin kifayət qədər əsas mexanizmləri var. Ermənistan təşkilatın tamhüquqlu üzvü olaraq qalır, həmin ölkə qarşısında bütün öhdəliklər tam şəkildə saxlanılır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər