21 İyun 12:30
1 645
12 Punto 14 Punto 16 Punto 18 Punto

KTMT Ermənistan qarşısında bütün öhdəliklərini saxlayır, ölkə təşkilatın müttəfiqi olaraq qalır.

Teleqraf.com xəbər verir ki, bunu KTMT baş katibi İmanqali Tasmaqambetov deyib.

“Ermənistan KTMT-də müttəfiqimiz olub və olaraq qalır və Ermənistan qarşısında götürdüyümüz bütün öhdəliklərə əməl olunur. Amma quruma qatılma məsələsi ölkənin suveren hüququ və qərarıdır”, - baş katib bildirib.

Onun sözlərinə görə, KTMT İrəvanın Ermənistanın qurumdakı statusuna aydınlıq gətirəcəyini gözləyir.

“Düşünürəm ki, Ermənistanın siyasi rəhbərliyi vəziyyətə aydınlıq gətirəcək və təşkilatın üzvü kimi qalıb-qalmamaq barədə rəsmi qərar olacaq”, - Tasmaqambetov vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər