Bizim baş nazirliyə namizədimiz Ermənistanın keçmiş müdafiə naziri general mayor Arşak Karapetyandır.
Teleqraf.com xəbər verir ki, bunu “Ümumerməni Cəbhəsi” Partiyasının sədri Arsen Vardanyan deyib
Partiya rəhbəri Karapetyandan başqa heç kimi Ermənistanın gələcək baş naziri kimi görmədiklərini bildirib.
Vardanyan partiyası və Karapetyanın keşiş Baqrat Qalstanyanın rəhbərlik etdiyi hərəkatı ("Vətən naminə Tavuş") dəstəkləməməsi ilə bağlı suala cavabında söyləyib ki, onlar heç bir hərəkata bağlı deyillər.
Vardanyan onu da qeyd edib ki, könüllü getmək məsələsinə qalsa, Baş nazir Nikol Paşinyan bunu etməyəcək.
“Paşinyan istefaya göndərilməlidir”, - partiya sədri qeyd edib.
Qeyd edək ki, Karapetyandan əvvəl "Vətən naminə Tavuş" Hərəkatı Baqrat Qalstanyanın baş nazirliyə namizədliyini irəli sürmüşdü.