Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Tacikistanla Əfqanıstan arasında sərhədin möhkəmləndirilməsi proqramını imzalamayıb.
Teleqraf.com yerli KİV-ə istinadən xəbər verir ki, bunu Rusiyanın təşkilat yanında daimi nümayəndəsi Viktor Vasilyev deyib.
Onun sözlərinə görə, KTMT-nin digər ölkələri Tacikistan-Əfqanıstan sərhədinin möhkəmləndirilməsi proqramını dəstəkləyir, lakin onlar Kabillə divarların tikintisini müdafiə etmirlər: “Qərar bütün KTMT dövlətləri tərəfindən dəstəklənib. Ermənistan indi xüsusi mövqe tutur. Yəni o, bu proqramın qəbuluna etiraz etmir, amma imzalamadığına görə indiki mərhələdə həyata keçirilməsində iştirak etmir”.
V.Vasilyev bildirib ki, proqram üç mərhələdən ibarətdir: “İlkin versiyasında 5 il üçün nəzərdə tutulub. Hər bir dövlət öz ehtiyaclarından və imkanlarından asılı olaraq necə kömək edə biləcəyinə qərar verəcək”.
Qeyd edək ki, Tacikistanla Əfqanıstan arasında sərhədin möhkəmləndirilməsi ilə bağlı ilk qərar hələ 2013-cü ildə qəbul edilib.