10 Avqust 14:59
738
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş naziri Nikol Paşinyan tezliklə hökumətdə kadr dəyişikliyi edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” qəzeti hökumətdəki mənbələrə istinadən yazıb.

Qeyd olunub ki, avqustun 12-si baş nazirin məzuniyyəti başa çatır. Paşinyan qayıtdıqda Nazirlər Kabinetində dəyişiklik etməyi planlaşdırır.

Həmçinin gözlənilir ki, Paşinyan mətbuat konfransında Azərbaycanla sülh müqaviləsinin imzalanması, Ermənistan Konstitusiyasına dəyişikliklər edilməsi ilə bağlı konkret mesajlarla çıxış edəcək.

Bundan başqa, hökumət dairələri təsdiq ediblər ki, Ermənistanın noyabrda Bakıda keçiriləcək COP29-da iştirak edib-etməyəcəyi ilə bağlı yekun qərar tezliklə veriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər