Gürcüstan hökuməti Ermənistanla sərhədə qədər yeni Rustavi-Sadaxlo (Sadaxlı) avtomobil yolunun tikintisi üçün Marneuli rayonunda torpaqları mülkiyyətçilərdən alır.
Teleqraf.com xəbər verir ki, Gürcüstanın iqtisadiyyat nazirinin müvafiq qərarı ölkə mətbuatında dərc olunub.
Proje Şərq-Qərb Beynəlxalq Yol Layihəsinin (Şərq-Qərb dəhlizi – red.) kredit müqaviləsi çərçivəsində Avropa İnvestisiya Bankı tərəfindən maliyyələşdirilir.
Mövcud yola paralel davam edəcək yeni marşrut 11 körpü və keçid daxil olmaqla, təxminən 30 km uzunluğunda dördzolaqlı olacaq.
Tikinti 250 milyon avroya başa gələcək.