Ermənistanın gələcəyi Yaxın Şərq və Ukraynadakı münaqişələrdən asılıdır.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Davit Fidanyan deyib.
“Rusiya tərəfi rəsmən etiraf edir ki, Ukrayna Kursk vilayətində 28 yaşayış məntəqəsini nəzarətdə saxlayır. Ukrayna ordusunun irəliləyişi nəinki eskalasiyanı yaxınlaşdıracaq, əksinə, münaqişəni daha da alovlandıracaq. Münaqişənin daha da alovlanması qəti şəkildə Ermənistanın maraqlarına uyğun deyil. Xarici aspektdə, xüsusən də təhlükəsizlik məsələlərində Ermənistan hakimiyyətinin biabırçı siyasəti ucbatından ölkəmizin taleyi iki cəbhədən - Yaxın Şərq və Ukraynadan asılıdır.
Daha dəqiq desək, həm Yaxın Şərq, həm də Ukraynada münaqişələrin dayandırılması birbaşa Ermənistanın həyati maraqlarından irəli gəlir”, - ekspert bildirib.