16 Avqust 12:53
10 133
12 Punto 14 Punto 16 Punto 18 Punto

Komandasının passiv üzvləri Ermənistan Baş naziri Nikol Paşinyanı qəzəbləndirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

Baş nazir komanda yoldaşlarına iki il sonra keçiriləcək parlament seçkilərinə qədər aktiv işləmək təlimatı verib.

Nəşr iddia edir ki, Paşinyanın məqsədi seçkilərdə nə olur-olsun qələbə qazanmaqdır:

“Avqustun 23-də deputatların məzuniyyəti başa çatacaq, sentyabrın 9-da isə payız sessiyası başlayacaq. Hakim partiyadan olan mənbəmizin sözlərinə görə, Paşinyan komandasına işə əla formada – idmançı kimi qayıtmaq təlimatı verib. Paşinyan partiyanın idarə heyətinin son iclasında elita ilə sərt söhbət edib, partiya işinə qoşulmaq niyyətində və işləmək qabiliyyəti olmayanlara dözməyəcəyini bildirib.

Baş nazir komanda üzvlərinin diqqətinə çatdırıb ki, qarşıda seçkiqabağı kampaniya var, üstəlik, geosiyasi proseslər fors-major hallarına zəmanət vermir, ona görə də hər kəs yaxşı işləməli, partiyanın reytinqinin yüksəlməsinə öz töhfəsini verməlidir. Baş nazir xəbərdarlıq edib ki, bunu bacarmayanlar partiyadan getməlidir”.

“Hraparak” Paşinyanın hakim komandada “təmzilik işi”nə start verdiyini də qeyd edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər