Rusiya olmasaydı, Ermənistan adlı dövlət də olmazdı.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri, general-mayor Arşak Karapetyan deyib.
“Rusiya xalqı olmasaydı, nəinki üçüncü, heç birinci və ikinci respublika da olmazdı. İnsan öz tarixini - əvvəlcə erməni vilayəti, ardınca Ermənistan SSR, sonra isə müstəqillik əldə etdikdən sonra Ermənistan Respublikasının necə yarandığını unutmamalıdır. Bunu unutsaq, məhv ola bilərik. Ermənistan Rusiyanın himayəsindədir. Rus xalqının sayəsində biz dövlətçiliyə sahibik”, - general bildirib.