17 Avqust 15:03
3 373
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan dünən İran səfiri Mehdi Sübhanini qəbul edib. Tərəflər Avrasiya İqtisadi Birliyi (AİB) çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi perspektivlərinə də toxunublar.

Teleqraf.com xəbər verir ki, bunu erməni jurnalist Aqnesa Vardanyan deyib.

Jurnalist xatırladıb ki, ötən il dekabrın 25-də AİB-in iclasında üzv dövlətlərlə İran arasında azad ticarət sazişi imzalanıb:

“AİB Tehran üçün əsas əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, bu günlərdə Tehranın Ermənistan tərəfinin AİB-də iştirakında israrlı olması barədə məlumatlar yayılır. Çünki Ermənistan hakimiyyəti KTMT və MDB çərçivəsində Rusiyanın iştirakı ilə keçirilən bütün tədbirləri boykot edir. Tehran isə AİB ölkələri ilə daha geniş əməkdaşlıq etmək istəyir, bu baxımdan, Ermənistan Tehran üçün yeganə tranzit marşrutu və körpü hesab olunur”.

Vardanyanın sözlərinə görə, İran Ermənistanın AİB-in tədbirlərini də boykot edəcəyindən ehtiyatlanır:

“Ermənistan hakimiyyəti Qərblə münasibətləri dərinləşdirməyə çalışarkən, KTMT-yə üzvlüyün de-fakto dayandırıldığını bəyan edir. Amma Ermənistanın AİB-də iştirakı İranın həyati maraqlarına cavab verir. Ola bilsin, bu məsələ Qriqoryan-Sübhani görüşündə müzakirə olunub”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər