Ermənistanda itkin düşən rus velosipedçinin meyiti tapılıb.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, avqustun 20-də 22 yaşlı rusiyalı Hrazdan şəhərinə velosipedlə gedərkən itkin düşüb.
Yerli polislər onun meyitini İrəvandan 70 kilometr aralıda su anbarının yaxınlığında tapıblar.
Faktla bağlı araşdırma aparılır.