30 Avqust 10:41
670
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan bütün ermənilərin katalikosu II Qaregini yola salmaq istəyir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazır.

Nəşrin məlumatına görə, hökumət kilsəyə qarşı yeni hücuma hazırlaşır, bunun təşkilatçısı hökumətyönlü baxışları ilə seçilən din xadimi, keşiş Ter Saak Qalstyandır.

“Sentyabrın 14-də Eçmiədzin şəhərində II Qareginin istefası tələbi ilə mitinq təşkil etmək niyyətindədirlər. Şübhə yoxdur ki, mitinqin təşkili ideyası hakimiyyətə məxsusdur. Çünki hakimiyyət Baqrat Qalstanyanın rəhbərlik etdiyi hərəkata görə kilsəni ittiham edir”, - nəşr bildirir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər