9 Sentyabr 11:35
6 547
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Ermənistanda yeni atom elektrik blokunun tikintisi üçün araşdırmalar aparır. Nəticələrin yekunlaşdırılması üçün son müddət 2025-ci ilin yazıdır.

Teleqraf.com xəbər verir ki, araşdırma adı açıqlanmayan bir ABŞ şirkəti tərəfindən aparılır.

Ölkənin infrastruktur nazirinin müavini Akop Vardanyan bildirib ki, Ermənistanda yeni atom enerji bloklarının tikintisi çərçivəsində hazırkı mərhələdə texniki və iqtisadi tədqiqatlar aparılır:

“Bu işi Amerikanın nüfuzlu şirkətlərindən biri ABŞ hökumətinin sifarişi ilə və erməni tərəfi ilə əməkdaşlıq edərək həyata keçirir. Məqsəd amerikalı istehsalçıların təklif etdiyi kiçik modul zavodlardan hansının texnoloji cəhətdən Ermənistanın ehtiyaclarını ödəmək üçün daha uyğun olduğunu öyrənməkdir. Tədqiqatların ən geci 2025-ci ilin yazında başa çatdırılması gözlənilir”.

Vardanyan əlavə edib ki, Ermənistan “Saziş 123”ə qoşulmaq və Amerikanın mülki nüvə texnologiyalarına çıxış əldə etmək üçün Vaşinqtona müraciət edib:

“Ermənistan tərəfinin müraciəti ABŞ-ın daxili prosedurlarına uyğun olaraq öyrənilir. Bu barədə müxtəlif ABŞ rəsmiləri dəfələrlə məlumat verib və bunun kifayət qədər vaxt aparan proses olduğunu qeyd ediblər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər