Yaponiyaya işgüzar səfəri zamanı Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Cənubi Qafqazın regional təhlükəsizliyi və Sülh qovşağı layihəsi” adlı diplomatik dəyirmi masada iştirak edib.
Teleqraf.com xəbər verir ki, müzakirəni Yaponiya tərəfi təşkil edib.
Müzakirələrdə Cənubi Qafqazın regional təhlükəsizlik vəziyyəti və Ermənistan-Azərbaycan sülh danışıqlarına toxunulub.
Qriqoryan Ermənistan hökumətinin nəqliyyat dəhlizləri ilə bağlı “Sülh qovşağı” layihəsi barədə yaponlara məlumat verib.
Ölkə rəsmisi həmçinin Yaponiya ilə ikitərəfli gündəliyin hazırlanmasının Ermənistanın təhlükəsizliyi və xarici siyasətinin şaxələndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib və Tokionun “Sülh qovşağı” çərçivəsində infrastrukturun inkişafında iştirakını vurğulayıb.