Moskva Ermənistan Baş naziri Nikol Paşinyanın KTMT-yə verdiyi qiymətlə razılaşmır, bu təşkilat Ermənistan üçün təhlükə yaratmır.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.
“Söhbət Ermənistanın suveren hüquqlarına aid olan məsələlərdən gedir. Ermənistan strateji-taktiki inkişaf yollarını özü seçir, amma cənab Paşinyanla qəti şəkildə razılaşmırıq.
KTMT Ermənistanın suverenliyinə heç bir təhlükə törədə bilməz və törətmir, əksinə, bu təşkilat üzv dövlətlərin suverenliyini qorumaq mövqeyindədir”, - Peskov vurğulayıb.
Nikol Paşinyan bundan öncə KTMT-nin Ermənistan üçün təhlükəli adlandırmışdı.