11:06
590
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan, keçmiş müdafiə naziri Seyran Ohanyan və Baş Qərargahın sabiq rəisi Yuri Xaçaturov yenidən məhkəmə qarşısındadır.

Teleqraf.com xəbər verir ki, Ermənistan Baş Prokurorluğu “1 mart” işinə sıfırdan başlayıb.

“Respublika” Partiyası və İrəvan meriyasının üzvü Ani Xaçaturyan tam ümid edir ki, təqsirləndirilən şəxslər məsuliyyətə cəlb olunacaq, ədalətli istintaq aparılacaq: “Ümid edirəm ki, müəyyən nəticə əldə edəcəyik, zərərçəkənlər arasında partiyamız da var”.

Xaçatryan Köçəryan, Ohanyan və Xaçaturovun cinayətkar olduğunu vurğulayıb.

Siyasətçi xüsusən də Köçəryanı bu işin sonunda əli qandallı həbsxanaya aparılmasını görməkdən zövq alacağını bildirib.

Köçəryanın yenidən başlayan cinayət işinin ilk məhkəmə iclasına gəlməməsinə toxunan Xaçaturyan söyləyib:

“Köçəryanı məhkəmə önündə görmək istəyirəm. Özüm gəlmək istəmirəm, amma necə gətiriləcəyini görmək mənə zövq verəcək. O, bütün bunların cavabını verməlidir. Qolu qandallı gətirilməlidir, onu ikinci dəfə həbsxanada görməliyik, xalqın arzusu budur”.

Xatırladaq ki, Köçəryan və digərləri 2008-ci il martın 1-də konstitusiya quruluşunu pozmaq və rüşvət almaqda ittiham olunurlar. 2021-ci ildə bu iş üzrə bəraət alsalar da, sentyabrın əvvəlində cinayət işi yenidən bərpa edilib. 2008-ci il martın 1-də İrəvanda keçirilən dinc aksiyalarda iştirak edənlərə odlu silahlardan atəş açılıb, bunun sifarişçi və icraçıları Köçəryan, Ohanyan və Xaçaturovdur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər