30 Sentyabr 20:54
708
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Baş naziri Mixail Mişustin İrandan Ermənistana işgüzar səfərə gedib.

Teleqraf.com yerli mətbuata stinadən xəbər verir ki, o, oktyabrın 1-də Avrasiya Hökumətlərarası Şurasının iclasında və Avrasiya İqtisadi Forumunun plenar iclasında iştirak edəcək.

Qeyd olunur ki, sabah Avrasiya Hökumətlərarası Şuranın iclası zamanı Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstanın hökumət başçıları Avrasiya İqtisadi İttifaqı çərçivəsində inteqrasiyanın dərinləşdirilməsinin cari vəzifələrini müzakirə edəcəklər.

Tədbir zamanı tərəflər daxili bazarın fəaliyyətini, sənaye, nəqliyyat, gömrük-tarif, kənd təsərrüfatı və energetika sektorlarında qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi, həmçinin 2030-cu ilə qədər təşkilat çərçivəsində sənaye əməkdaşlığının əsas istiqamətlərini müzakirə edəcəklər.

Xatırladaq ki, Rusiyanın hökumət başçısı bu gün səhər İrana rəsmi səfər etmişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər