Rusiya sərhədçiləri 2025-ci il yanvarın 1-dən Ermənistanın İranla sərhədində mühafizəni dayandıracaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan özünün Facebook səhifəsində məlumat yayıb.
Mətbuat departamentinin rəhbərinin sözlərinə görə, Ermənistan-İran sərhədində yalnız Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) sərhədçiləri qalacaq. Bu qərar Moskvada MDB sammitində Rusiya və Ermənistan liderlərinin görüşündən sonra qəbul edilib.
Öz növbəsində, Ermənistanın Türkiyə ilə sərhəd hissəsinin Rusiya sərhədçiləri ilə birgə mühafizəsi davam etdiriləcək.