12 Oktyabr 13:32
1 817
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müharibədə məğlubiyyətin səbəblərinin cinayət-hüquqi nöqteyi-nəzərdən araşdırılması başa çatmaq üzrədir.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanla müharibədə məğlubiyyətin səbəbini araşdıran Ermənistan İstintaq Komitəsinin sədri Arqişti Karamyan deyib.

“Əslində, bütün istiqamətlərdə vəziyyət bizim üçün artıq aydındır. Bütün istiqamətlər üzrə araşdırma və ekspertiza aparılıb, öz nöqteyi-nəzərimizdən real mənzərə yaranıb.

Ümumilikdə bu işlərlə bağlı 600-dən çox şəxs barəsində ittiham aktı ilə məhkəməyə göndərilmiş işlər var. 100-ə yaxın işin yekunlaşaraq məhkəməyə göndərilməsi üçün müzakirələr gedir”, - komitə rəhbəri bildirib.

Karamyan qeyd edib ki, 2000 cildlik cinayət dosyesi hazırlanıb.

Məhkəmə prosesləri və adların açıqlanıb-açıqlanmayacağı ilə bağlı suala Karamyan belə cavab verib: “Artıq ictimailəşdirilmiş proseslər var. Amma bir çox proses də var ki, əksəriyyəti qapalı rejimdə araşdırılmalıdır, çünki bunların müxtəlif dərəcəli sirlərlə əlaqəsi var”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər