12 Oktyabr 16:41
1 861
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın təhlükəsizliyini ordunun təmin etdiyini düşünürsünüzsə, deyim ki, bu, belə deyil.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan söyləyib.

“Bizim reallıqda təhlükəsizlikdən danışanda dərhal ağla ordu gəlir və bu, axıradək belə başa düşülür. Amma bu o deməkdir ki, təhlükəsizlik yoxdur və ola da bilməz. Əlbəttə, təhlükəsizliyin təmin olunmasında ordunun rolu var, amma təhlükəsizliyin təmin edilməsində ordunun rolu nə birinci, nə də ikincidir. Yenə deyirəm, əgər birinci və ikincidirsə, demək, təhlükəsizlik yoxdur və ciddi şəkildə zədələnib”, - baş nazir qeyd edib.

Paşinyan hesab edir ki, təhlükəsizliyin təmin edilməsində əsas rolu sabitlik və sülh oynayır.

Onun fikrincə, bu, regionda kommunikasiyalar və sərhədlərin açılması, eləcə də bölgə ölkələri ilə əməkdaşlıqla mümkün ola bilər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər