Türkmənistanın paytaxtı Aşqabad şəhərində Ermənistan Prezidenti Vaaqn Xaçaturyanla Türkiyə Böyük Millət Məclisinin Sədri Numan Kurtulmuş arasında qısa görüş olub.
Teleqraf.com yerli mətbuata istinadən xəbərinə görə, bu barədə Vaaqn Xaçaturyan məlumat verib.
“Çox qısa söhbətimiz oldu. Əsasən sülh şəraiti, sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması haqqında danışdıq”, - Ermənistan Prezidenti deyib.