Ermənistan Baş nazir Nikol Paşinyanla Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, ikitərəfli və regional münasibətlərin gündəliyinə dair məsələlər müzakirə edilib.
Paşinyan Tokayevin apreldə Ermənistana rəsmi səfərin nəticələri və səfər nəticəsində ikitərəfli münasibətlərdə yaranan yeni dinamikadan danışıb.
Həmsöhbətlər Ermənistan Prezidenti Vaaqn Xaçaturyanın Qazaxıstana gün başlayan rəsmi səfərini vurğulayıblar. Xaçaturyan Tokayevin dəvəti ilə bu ölkəyə gedib.