23 İyun 2017 15:26
1 000
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur Formula1 təhlilçisi Mark Zurer hesab edir ki, Luis Hamilton Bakı yarışının favoritidir.

Teleqraf.com xəbər verir ki, Mark Zurer Hamiltonun keçən il Bakı trassı ilə bağlı simulyatorlardan istifadə etmədiyini qeyd edib:

“Bu, onun üçün utancverici hal idi. Bu il nə olursa-olsun, yarışda qalib gəlmək istəyəcək. Soçi və Monreal trasları Mercedes üçün oyanış zəngi oldu. Bakı həm Mercedes, həm də Hamilton üçün bir testdir. Şəhər tipli tras olsa da, uzun düzlükləri var. Mercedes indiyə kimi təkərləri istifadə etməkdə çətinlik çəkib, lakin Bakı Monakodan daha sürətli trass olduğu üçün təkərlər problem yaratmayacaq”.

Onun fikrincə, Red Bull üçün həftəsonu çətin olacaq:

“Force İndia isə istənilən trasda güclü görünür. Uilyiams ilə aralarında çətin rəqabət olacaq. Massa və Stroll aerodinamika cəhətdən daha üstün ola bilər. Ferrari isə bütün traslarda sürətlidir və sürücüləri təkərləri temperaturda saxlaya bilirlər. Bu hal onlara üstünlük qazandıracaq. Keçən il işləri çətin olsa da, bu il fürsətləri var”.


Müəllif: Teleqraf.com