12 Fevral 2022 10:19
4 516
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Formula 1" üzrə Azərbaycan Qran-prisinin proqramı bəlli olub.

Teleqraf.com Beynəlxalq Avtomobil Federasiyasının (FIA) rəsmi tviter hesabına istinadən xəbər verir ki, yarış iyunun 10-da yerli vaxtla saat 15:00-da birinci sərbəst yürüşlə başlayacaq.

Saat 18:00-da isə ikinci test yürüşü gerçəkləşəcək.

İyunun 11-də saat 15:00-da üçüncü sərbəst yürüş, saat 18:00-da isə sıralama turu olacaq.

Nəhayət, iyunun 10-da əsas yarış saat 15:00-da start götürəcək.

Qeyd edək ki, "Formula 1"də yeni mövsüm martın 20-də Bəhreyndə başlayacaq. 10 - 12 iyunda Bakıda Azərbaycan Qran-prisi təşkil olunacaq.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər