Bakıda keçirlən "Formula 2" üzrə Azərbaycan Qran-prisində sərbəst yürüş başa çatıb.
Teleqraf.com-un məlumatına görə, 45 dəqiqə davam edən mübarizədə "Prema Racing"dən Oliver Bearman bütün rəqiblərini qabaqlayıb.
***
11:15
Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində sərbəst yürüş start götürüb.
Teleqraf.com xəbər verir ki, yarış saat 11:05-də başlayıb.
Qeyd edək ki, bu gün həmçinin ikinci dərəcəli pilotların sıralama turu da gerçəkləşəcək. Əsas yarış aprelin 30-da təşkil olunacaq.