Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın tərəfdarları prezident seçkisində qalib gəlməsini qeyd edirlər.
Teleqraf.com xəbər verir ki, Ərdoğanın tərəfdarları Istanbulda AKP-nin qərargahə qarşısına toplaşaraq qələbəni bayram edirlər.
On minlərlə AKP tərəfdarı baş nazirin evinin qarşısında toplaşıb.
Ərdoğan seçkinin nəticələrini belə şərh edib: "Türkiyədə prezident seçkisində türk xalqının seçimi öz əksini tapıb".
O, prezident seçkilərində ona olan etimada görə tərəfdarlarına təşəkkür edib.
Ərdoğan bundan sonra d əvvəlki kimi Türkiyədə xalq və demokratiya üçün çalışacağına söz verib.
Türkiyə Ali Seçki Komissyasının açıqladığı son nəticələrə görə, Ərdoğan 53 faiz səs yığıb. Artıq seçki qutularının 98 faizi açılıb.