Yataq səhnəsi bir çox filmlərin vaz keçilməyən hissəsidir. Əsas qəhrəmanların sevişmə səhnələri bəzən o qədər səmimi olur ki, onların ehtirası insanlara keçir və…
Teleqraf.com oxucular üçün ən baxımlı filmlərdən, ən yadda qalan yataq səhnələrini seçib.
“Məni incəliklə öldür”
Bütün film əslində gənclərə həsr olunub. Məqsəd onları seks naminə əsl sevgini qurban verməməyə çağırmaqdır. Amma filmdəki sevişmə səhnələri hər kəsi dəli edə bilər...
“Cazibə”
Filmdə məşhur aktyorlar - Ancelina Coli və Antonio Banderas ehtirali sevgililəri canlandırırlar. Sevişmə səhənəsi elə bir hisslərlə oynanılıb ki, sanki onlar kamera qarşında deyil, həqiqətən sevgilidirlər.
“Avstraliya”
Bu filmdə əsas rolları isə Nikol Kidman və Xyu Cekman ifa edib. Yataq səhnələrini o qədər uğurla oynayıblar ki, onları həqiqətən sevgili zənn edirdilər. Hətta sonda hər iki aktyor sevgili olmadıqları barədə rəsmi təkzib də vermişdi.
“Romlu gündəlik”
Bu filmin qəhrəmanı Coni Deppin filmin qadın qəhrəmanının dənizdə necə sevişdiyini müşayət etməkdən başqa əlacı qalmır.
“Ümidsiz”
Kinomatoqrafiyanın “qaynar” gözəlçəsi Salma Hayeklə Banderasın qığılcımlı seksi...
“Yaddaş gündəliyi”
Filmə baxarkən bizim “həsrət nə qədər uzun olarsa, vusal o qədər şirin olar” atalar misalımız yada düşür.
Ülkər