29 Aprel 2014 15:03
6 174
12 Punto 14 Punto 16 Punto 18 Punto

Energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailə quran və karyerasına son qoyan müğənni Safurə Əlizadə ilk dəfə olaraq mətbuata müsahibə verib.

Teleqraf.com S.Əlizadənin 1news.az-a müsahibəsini təqdim edir:

- Safurə, həyatın toydan sonra necə dəyişdi?

- Hər şey əlbəttə yaxşı tərəfə dəyişdi. Mənim üçün çox vacib olan, karyeramla bağlı və həyatımın prioriteti hesab etdiyim hər şey arxa plana keçdi .Mənim üçün ailəm və onunla bağlı hər şey ən vacib oldu. Sevilən olmaq və sevmək ən böyük xoşbəxtlikdir.

- Səhnə üçün darıxmırsan? Çoxsaylı fanatlarına nə demək istərdin?

- Düzünü deyim ki, darıxmağa vaxtım yoxdur. Ətrafımda tez-tez məni görməyə gələn çoxlu dostlarım, qohumlarım, yaxınlarım var. Vaxt ayırıb biz də onlara gedirik və bu, mənim həyatımı daha ritmik edir. Özümlə tək qalmaq imkanı tapanda isə musiqi yazıram, bəzən rəsm çəkirəm. Fürsətdən istifadə edib 1news.az vasitəsilə mənə qulaq asan və sevən bütün fanatlarıma salam göndərirəm və onlara təşəkkür edirəm.

- Sənin şəkillərinə baxıram və görürəm ki, sən xoşbəxtsən. Sənin üçün xoşbəxtlik nədir?

- Bəli, mən həqiqətən xoşbəxtəm. Mənim gözəl, sevimli həyat yoldaşım, məni sevən ailəm və isti ocağım var. İnanın mənə xoşbəxt olmaq üçün başqa heç nə lazım deyil!”


Müəllif:

Oxşar xəbərlər