14 İyun 2016 12:32
615
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclis “Elm haqqında” Qanun layihəsini üçüncü oxunuşda müzakirəyə çıxarıb.

Teleqraf.com xəbər verir ki, bu barədə deputatlara Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli məlumat verib.

Komitə sədri prezident İlham Əliyevə doktorant və magistrlərə hərbi möhlət verməsi haqda qərarına görə təşəkkür edib. Bildirib ki, bu, təhsilin inkişafına səbəb olacaq.

İsa Həbibəyli daha sonra qeyd edib ki, qanun ikinci oxunuşda müzakirəyə çıxarılarkən azı 22 deputat çıxış edərək təkliflərini irəli sürüb: “Biz mümkün qədər təklifləri nəzərə almışıq, ümumiləşdirmişik. Eyni zamanda burada anlayışların dəqiqləşdirilməsi işləri aparılıb. “Elm haqqında” Qanun hazırlanarkən onun ideoloji bazasına da diqqət edilib. Bu, azərbaycançılıq ideologiyasıdır. Qanunda maliyyə məsələsi geniş yer tutur. Bir fəslin 5 maddəsi maliyyə məsələsinə toxunulub".

Komitə sədri qeyd edib ki, qanunvericilik həm də yaradıcılıq məsələsidir: “Nə zaman buna qayıtsaq, nəsə tapmaq olar. Bu gün də yaxşı təkliflər olacaqsa, nəzərə alacağıq”.

Sonda prosedur qaydaya uyğun olaraq qanun layihəsi qəbul edilib.

Nemət


Müəllif:

Oxşar xəbərlər