Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan Sankt-Peterburqda Azərbaycan, Ermənistan və Rusiya prezidentləri arasında keçirilən görüşü dəyərləndirib. Teleqraf.com RİA Novosti-yə istinadən xəbər verir ki, nazir danışıqları müsbət qiymətləndirib.
“Bugünkü görüş faydalı oldu. Müəyyən ehtiyatla qeyd edə bilərəm ki, görüş konstruktiv atmosferdə keçirildi”, deyə E.Nalbəndyan jurnalistlərə bildirib.
Nazir görüşlərin yalnız prezident səviyyəsində deyil, həm də XİN rəhbərləri səviyyəsində davam etdiriləcəyini vurğulayıb:
“Bütün proseslər ATƏT-in Minsk qrupu formatında həyata keçiriləcək”.