İstanbulun Atatürk hava limanında baş verən terror aktında həyatını itirən 41 nəfərdən bəzilərinin kimliyi açıqlanıb.
Teleqraf.com həmin şəxslərlə bağlı məlumatları təqdim edir:
1. Yusuf Haznedaroğlu - aeroportda mütəxəssis kimi işləyib. 10 gündən sonra toy mərasimi olmalı idi.
2. Göksel Kurmaz - xarici ölkələrdən birindən qayıdan müdirini qarşılamaq üçün Atatürk hava limanına getmişdi.
3. Umut Sakaroğlu - gömrük mühafizə xidmətinin işçisi olub. Hadisə zamanı terrorçunu öldürsə də, partlayış zamanı həyatını itirib.
4. Özgül İde - Turizm və otelçilik fakültəsinin məzunu olub. Bir müddət öncə bu hava limanında işə başlamışdı.
5. Ertan An - tərcüməçiliklə məşğul olub. Bələdçilik etdiyi turistləri yola salmaq üçün Atatürk hava limanına gəlib. Bir uşağı var, həyat yoldaşı 6 aylıq hamilədir.
6. Erol Eskisoy - taksi sürücüsü olub. Müştərisini hava limanına gətirərkən, terrorun qurbanı olub.
Qeyd edək ki, ölənlərdən 13-ü əcnəbidir. Ölən əcnəbilərdən 5-i Səudiyyə Ərəbistanı, 2-si İraq, 1-i Tunis, 1-i Özbəkistan, 1-i Çin, 1-i İran, 1-i İordaniya və 1-i Ukrayna vətəndaşıdır.
Samir