1 İyul 2016 01:26
611
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonundakı Maşın bazarı adlanan ərazidə baş vermiş yanğın nəticəsində 930 kvadratmetr ərazi yanıb.

APA-nın məlumatına görə, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Rza Xudiyev deyib.


Onun bildirdiyinə görə, yanğın bazar ərazisindəki piştaxtalardan birindən başlanıb və tez bir zamanda böyük sahəyə yayılıb: “Dükanlar arasında arakəsmə yoxdur, iş vaxtı olmadığından piştaxtalar dəmir barmaqlıqlarla bağlı olub, eyni zamanda, tezliklə əraziyə çoxlu adam yığıldığı və hər kəs öz əmlakını çıxartmağa cəhd göstərdiyi üçün maneə yaranıb”.

R.Xudiyev bildirib ki, yanğın əsasən bazarın boyalar, neft məhsulları satılan hissəsində baş verib.

“Bütün çətinliklərə baxmayaraq, yanğının qarşısı alınıb, bazarın 3 min kvadrat metr ərazisindən 930 kvadratmetrini əhatə edən yanğın söndürülüb. Digər ərazilər yanğından mühafizə edilib”.

O, yanğının başvermə səbəbinin ekspertlərin araşdırmasından sonra məlum olacağını da qeyd edib.

Rəis müavini bildirib ki, hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.


Müəllif: