“Bayram namazını Tala məscidində qıldıq. İki min nəfərin eyni vaxtda namaz qılması mümkün olan bu məscid 1902-ci ildə tikilib. Heç zaman, sovet dövründə də bağlanmayıb. Azan səsi ilə oyanıb, azan səsi ilə yatmışıq. Saatı azan səsi ilə müəyyən etmişik”.
Teleqraf.com xəbər verir ki, bunu Müsavat başqanı Arif Hacılı bildirib.
A.Hacılı qeyd edib ki, dövlətimiz və millətimiz naminə dualar etdik: “Axund Hacı Şakirin molla kimi yox, ilahiyyatçı uzman kimi tolerant, terroru lənətləyən, birlik və bərabərlik çağırışları zəngin olan çıxışını dinlədik. Hər kəsin xoş niyyətli duaları Allahın dərgahında qəbul olunsun. Ramazan bayramınız mübarək!”
Bəkir