Türkiyədə 1 700 təhsil müəssisəsi bağlanacaq.
Teleqraf.com "Anadolu" egntliyinə istinadən xəbər verir ki, Türkiyə Təhsil Nazirliyi 800-ə yaxın özəl məktəbin bağlanması üçün müvafiq əmrlər verib.
Ümumilikdə Fətullahçı terror təşkilatına (FETÖ) məxsus 936 özəl məktəb, 449 tələbə yataqxanası və 284 digər özəl təhsil müəssisələrinin bağlanması üçün tədbirlər görülür.
Məlumata görə, Təhsil Nazirliyi indiyədək 27 157 təhsil işçisinin fəaliyyətini qadağan edib. $