13 Avqust 2016 00:13
582
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında xəstənin qızıl dişinin oğurlanması ilə bağlı yazılanlar həqiqətə uyğun deyil.

Teleqraf.com xəbər verir ki, bu barədə xəstəxananın baş həkiminin müavini Elçin Quliyev Admiral.az-a bildirib.

Onun sözlərinə görə, yazılanlar absurddur və belə bir şey olmayıb: "Bu barədə KİV-lərdə məlumat verilib. Lakin məlumatda xəstənin adı və soyadı barədə yazılmır. Biz məlumat yayılandan sonra bir daha araşdırma aparmışıq. Ümumiyyətlə, bizim xəstəxanaya bu barədə heç bir müraciət də daxil olmayıb".

E.Quliyev deyir ki, xəstəxanaya xəstə gətirilən zaman onun üzərində olan əşyalar bir neçə şəxsin iştirakı ilə aktlaşdırılır və saxlanılır. Sonradan həmin əşyalar xəstəyə, yaxud onun yaxınlarına təhvil verilir. Hadisə ilə bağlı Səhiyyə Nazirliyi də açıqlama verib. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, komaya düşən xəstənin reanimasiyada qızıl dişinin oğurlanması barədə yayılan məlumatların heç bir əsası yoxdur: "Məlumatın heç bir əsası yoxdur. Bu barədə yazılanların hamısı yalandır". KİV-lərdə bildirilir ki, bu günlərdə insult keçirən vətəndaş (İ.Q) Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Xəstə bir neçə gün koma vəziyyətində olub.

Xəstənin yaxınları Sumqayıt xəstəxanasında xəstəyə baxılmadığını və reanimasiyada olan xəstənin boğularaq halının pisləşdiyini görərək burda müalicənin yaxşı getmədiyini diqqətə alaraq, dərhal Bakıya Mərkəzi Klinik Xəstəxanaya köçürüblər. MKX-da reanimasiya şöbəsinə köçürülən xəstə komadan ayıldığı zaman, həyat yoldaşı (Q.Q) xəstənin yanına buraxılıb. Xanımı həyat yoldaşının ağzında qızıl dişlərinin olmadığını gördükdə, məlum olub ki, xəstənin qızıldan olan dişləri Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasında 3 gün olduğu müddətdə reanimasiya şöbəsində olan zaman oğurlanıb. Xəstənin qohumları bu hadisədən çox hiddətlənərək lazımi orqanlara müraciət edəcəklərini qeyd etdilər. Bu iddia xəstənin yaxınları tərəfindən səsləndirilib.


Müəllif:

Oxşar xəbərlər